Avropanın əsas qaz hasilatçısının ehtiyatları bitmək üzrədir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Avropanın əsas qaz hasilatçısının ehtiyatları bitmək üzrədir

Avropanın əsas qaz hasilatçısının ehtiyatları bitmək üzrədir


Avropa İttifaqının əsas təbii qaz hasilatçısı olan Hollandiya ehtiyatlarının 80%-dən istifadə edib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata əsasən, 2015-ci ildə Hollandiyanın qaz hasilatı 38% azalaraq 52 mlrd. kubmetr səviyyəsinə enib. Bu isə 1970-ci ildən etibarən ən aşağı göstəricidir.

“Bloomberg” onu da qeyd edir ki, hasilat azalmaqda davam edəcək:

“Belə ki, hökumət Avropa İttifaqı ərazisində ən iri qaz yatağı olan "Groningen"də hasilata məhdudiyyət tətbiq edib. Buna səbəb yataqda zəlzələlərin sayının artmasıdır. Zəlzələlərin artmasına səbəb kimi qaz hasilatı göstərilir”.

Qeyd edək ki, 1959-cu ildən etibarən “Groningen” yatağından 3,85 trln. kubmetr həcmində təbii qaz hasil olunub. CBS yatağı qalıq ehtiyatlarının həcmini 940 mlrd. kubmetr həcmində dəyərləndirir.

Ekspertlər hesab edir ki, Hollandiyada qaz hasilatının azalması Avropa İttifaqı üçün vacib siqnaldır. Belə ki, ittifaq ölkələri bu səbəbdən başqa ölkələrdən qaz idxalını artırmağa məcbur olacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *