“AzeriLight”ın qiyməti bahalaşıb
Azərbaycan neftinin qiyməti dünya bazarında digər markalar üzrə qiymətlərin aşağı düşməsinə rəğmən bahalaşıb.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,44 dollar və ya 0,93% artaraq 47,57 dollar təşkil edib.
Qeyd edək ki, dünən “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 47,13 dollara satılıb.
Mənbə:> Oxu.az