Azərbaycan neftinin son qiyməti
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,3 dollar və yaxud 0,67% bahalaşıb.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 44,88 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.az