Azərbaycan neftinin qiyməti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti bir dollar və yaxud 2,29% bahalaşıb.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 44,58 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.az