Azərbaycan neftinin qiyməti 49 dollara yaxınlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,48 dollar və yaxud 3,13% bahalaşıb.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 48,81 dollara bərabər olub.
Dünya bazarında digər markalar üzrə isə neftin qiyməti ucuzlaşır. Bu gün Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,65% azalaraq bir barelə görə 46,96 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti barelə görə 0,61% aşağı enərək 45,28 dollar təşkil edib.
Qeyd edək ki, analtiklər neftin qiymətinin tələbin azlığı və təklifin çoxluğu səbəbi ilə yenidən 40 dollara doğru enə biləcəyini proqnoz edir.
Mənbə:> Oxu.Az