Azərbaycan nefti yenidən bahalaşır
Dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI (Texas) neftinin qiyməti 1 barelə görə 0,80 dollar azalaraq 48,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar azalaraq 49,57 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti isə 0,31 dollar və yaxud 0,62% bahalaşaraq 50,42 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.Az