Kredit alanların sayı azalmaqda davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Kredit alanların sayı azalmaqda davam edir

Kredit alanların sayı azalmaqda davam edir


2016-cı ilin yanvar-iyul aylarında avqustun 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23,1% - 16 milyard 713,4 milyon manata qədər azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) iyul ayının yekunları ilə bağlı hesabatında qeyd olunub.

Cari ilin avqust ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 565,3 milyon manat (bütün kreditlərin 15,3%-i) ticarət və xidmət sahələrinin, 371,6 milyon manat (2,2%) energetika, kimya və təbii ehtiyatlar sektorunun 400,1 milyon manat (2,4%) kənd təsərrüfatı və emal sahələrinin payına düşüb.

Bundan başqa, 2 milyard 18,9 milyon manat (12,1%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 307,1 milyon manat (7,8%) sənaye və istehsal sektorunun, 1 milyard 156,6 milyon manat (6,9%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 237,4 milyon manat (37,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.

Bununla belə, yanvar-iyul aylarında ev təsərrüfatı sahəsinin (istehlak kreditləri - red.) kreditləşməsi üzrə bankların portfeli 25,6% azalıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *