Elman Rüstəmov kredit faizlərini artırmaq fikrində deyil
“Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini kəskin yüksəltməklə, manatla yığımları artırmaq məqsədi güdür”.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, son 10 ildə 15%-lik dərəcə yalnız bir dəfə, 2008-ci ilin iyununda qeydə alınıb:
“AMB uçot dərəcəsini 9,5%-dən 15%-ə yüksəldib. Amma cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3% bənd aşağı salmışdı. Bu milli valyuta ilə yığımlara daha çox divident ödənişi deməkdir. Amma baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək”.
İqtisadçının sözlərinə görə, bu, eyni zamanda qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha aktuallaşdırıb:
“Dollarla 3, milli valyuta ilə 12%-dək divident təklif edən əmanətlərin sığortalanması, banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini mümkünsüz edir.
Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artır. Həmçinin, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər.
İstehlak və mikrokreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25% olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq.
Sadəcə, əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək”.
Qeyd edək ki, AMB sonuncu qərarı ilə uçot faiz dərəcəsini 9,5%-dən 15%-ə qaldırıb.
Mənbə:> Oxu.az