Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini endirib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini endirib

Bank keçən ay keçirdiyi iclasda faiz dəhlizinin üst həddini 50 bənd endirib.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) Monetar Siyasət İdarəsi (PPK) bu gün keçirdiyi iclasda uçot dərəcəsi faizi dəhlizinin yuxarı həddini 25 bənd endirərək 8,75%-ə çatdırıb.

Borclanma faizi, yəni dəhlizin alt bəndini dəyişdirilməyərək 7,25%, həftəlik repo faizi də həmçinin 7,5%-də sabit saxlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report “Bloomberght” agentliyinə istinadən xəbər verir.

TCMB iclasında beynəlxalq maliyyə bazarlarında baş verən dalğalanmalara bağlı olaraq bank sektorunda zəruri likvidlik tədbirlərinin alındığı bildirilib.

TCMB keçən ay keçirdiyi iclasda faiz dəhlizinin üst həddini 50 bənd endirib.

Qeyd edək ki, TCMB uzun müddətdir uçot dərəcəsi və faiz dəhlizi siyasətinin sadələşdirilərək tək faiz siyasətinə keçmək istədiyini bildirib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *