Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi
Avropa Mərkəzi Bankı (AMB) bu gün təşkil etdiyi iclasında faiz dərəcələrində dəyişiklik etməyib.
Oxu.Az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Belə ki, AMB uçot faiz dərəcəsini 0%, depozitlər üzrə faiz dərəcəsi -0,4% həddində saxlayıb. İstiqrazların həcmi isə 80 milyard avro səviyyəsində sabit qalıb.
Qeyd edək ki, sonuncu dəfə Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 0,05%-dən 0%-ə endirmişdi.
Mənbə:> Oxu.Az