Rəsmi Afinadan SOCAR-a cavab
Hətta SOCAR belə Yunanıstanın qaz tənzimləmə operatorunun tariflərinə müdaxilə edə bilməz.
Yunanıstan DESFA-nın özəlləşdirilməsində tələsmir.
AzNews.info Fins.Az-a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin yeni bazar şərtləri daxilində DESFA-nın dəyərinin iki dəfə azaldılmasına dair fikirlərinə münasibət bildirən Yunanıstanın Energetika Nazirliyi bu qazpaylayıcı şirkətin gəlirlərinin azalmasına təsir göstərən yeni qaz tarifləri ilə bağlı da izahat verib.
“Yunanıstanda tənzimləyicinin tariflərində dəyişiklik qaz istehlakının qiymətləndirilməsinə əsasən formalaşır. Aydındır ki, Azərbaycan tərəfi ancaq maliyyə tərəfinə əhəmiyyət verir, halbuki, ölkədə qaz istehlakının səviyyəsinin düşməsini nəzərə almır”.
İzahatda o da qeyd olunub ki, hətta SOCAR belə DESFA-nın gələcək səhmdarı kimi Yunanıstanın qaz tənzimləmə operatorunun tariflərinə müdaxilə edə bilməz.
Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərindən imtina etmək fikrində olmadığını, ancaq aktivlərin qiymətinin iki dəfə ucuzlaşdırılmasını daha real hesab edir.
Mənbə:> Fins.az