SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirə bilər

SOCAR İsveçrə bazarında fəaliyyətini genişləndirə bilər


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Şərqi və Qərbi Avropada fəaliyyətini inkişaf etdirmək fikrimiz var.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bunu şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF kanalında müsahibəsində bildirib.

“Əlbəttə, ixrac gəlirlərinin azaldığı dövrdə sərmayə qoymaq çətinləşir. Lakin bu şəraitdə də sərmayə qoymaq məqsədəuyğun ola bilər. Bunu ona görə edirik ki, ölkəmizdə ixrac gəlirlərinin azalması müqabilində xaricdəki xidmət sektorundan ölkəmizə daha çox gəlir gəlsin”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.

Avropada hansı ölkələrə sərmayə qoyulmasının planlaşdırılmasına gəlincə, o, xüsusilə İsveçrəni vurğulayıb.

Hansısa şirkətin SOCAR tərəfindən alınması ilə bağlı plana isə E.Nəsirov elə bir konkret təklif olmadığını, lakin İsveçrə bazarında şirkətin fəaliyyətini genişləndirə biləcəyini qeyd edib.

“Biz bu imkanları araşdırırıq, lakin hazırda real bir imkan görünmür”, - deyə o əlavə edib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *