Dünya üzrə turizm gəlirləri artıb
Turizmin qlobal ÜDM-ə töhfəsi 7,2 trilyon dollara çatıb.
Dünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, 2015-ci ildə dünyada turizmdən əldə edilən gəlirin real həcmi 4,4% artaraq 1,26 trilyon dollara çatıb. Turizm sahəsinin dünya üzrə ÜDM-ə töhfəsi 7,2 trilyon dollara çatır.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, orta hesabla dünyada hər 11 iş yerindən birini birbaşa və ya dolayı şəkildə bu sahənin hesabına təmin edilir.
Keçən il turizm agentliklərində, mehmanxana biznesində, aviasiya daşımalarında və restoranlarda bilavasitə turistlərə xidmət edən 2,5 milyon iş yeri yaradılıb. Əmtəə və xidmətlərin qlobal ixracında turizmin payı artaraq 7%-ə çatıb.
Həcminə görə yalnız yanacaq və kimya sənayesindən geri qalan turizm sahəsi qida məhsulları istehsalını və avtomobilqayırma sənayesini də qabaqlayır.
Dünya Turizm və Səyahətlər Şurasının (DVTTC) proqnozlarına görə, 2016-cı ildə bu sektorda artım göstəricisinə görə bütövlükdə dünya iqtisadiyyatının artım göstəricisindən çox olacaq.
Mənbə:> AzərTAc