Müalicəvi turizmdən ən çox qazanan ölkələrin – SİYAHISI
Müalicəvi turizm inkişaf edən sektorlardan biridir.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, “VİSA Oxford Economics” bildirir ki, ümumilikdə dünya əhalisinin 3-4 faizi müalicə məqsədi ilə səyahət edir.
Hazırda dünyada məhz bu turizmə 439 milyard dollar xərclənir. VİSA şirkəti gələcək 10 il ərzində dünyada bu turizm sektoru üçün xidmət göstərəcək 340 yeni hava limanının tikiləcəyini bildirib.
Bununla müalicəvi turizmdən gələn gəlirin həcmi 2025-ci ilədək 3 trilyon dollara qədər yüksələcək. Hazırda müalicəvi turizm üzrə ölkələrin ilk beşliyində Kanada, Böyük Britaniya, İsrail, Sinqapur və Hindistan dayanır.
Mənbə:> Oxu.az