Neftin qiyməti ucuzlaşır
Dünya bazarında neftin qiyməti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,54% azalaraq 44,20 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36% ucuzlaşaraq 46,66 dollar olub.
Ötən həftə açıqlanan hesabata görə, ABŞ-da fəaliyyət göstərən neft və qaz qazma qurğularının sayı artıb. “Baker Hughes” tərəfindən açıqlanan rəqəmlərə əsasən, ölkədə neft-qaz qazma qurğuların sayı 8 ədəd artaraq 497 ədəd olub. ABŞ-da neft-qaz qazma qurğularının 482 ədədi quruda, 5-i daxili sularsa, 10 ədədi isə açıq sularda yer alıb.
Ölkədə ötən həftə neft qazma qurğularının sayı 1 ədəd artaraq 407 ədəd olub, təbii qaz qazma qurğularının sayı isə 7 ədəd artımla 88 ədəd olub. Eyni zamanda, Mexsika Körfəzində neft-qaz qazma qurğularının sayı 7 ədəd artaraq 10-a, Kanadada isə 9 ədəd azalaraq 137-ə çatıb. Beləliklə, Şimali Amerikada ümumilikdə neft-qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 634 ədəd olub.
Qeyd edək ki, ötən həftə açıqlanan bu məlumatlar neftin qiymətinin dünya bazarında ucuzlaşmasına təsir edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli