Neftin qiymətləri artmağa başladı
Neftin qiymətləri bu gün səhər artmağa başlayıb.
Oxu.Az Ria.ru-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Brent markalı neftin qiyməti 1,17% bahalaşaraq bir barelə görə 44,99 dollar təşkil edib.
Texas markalı netin qiyməti isə 0,82% artaraq 41,08 dollara çatıb.
Neftin dünya qiymətləri ABŞ-ın Baker Huges şirkətinin cümə günü açıqladığı qazma qurğularının sayının azalması xəbəri ilə bahalaşıb.
Belə ki, şirkətin cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da qazma qurğularının sayı 4 ədəd və ya 0,51% azalaraq, 767 ədəd təşkil edib. İllik ifadədə bu göstərici 1161 ədəd və ya 60,2% azalıb.
Eyni zamanda, investorların əhval-ruhiyyəsinə cümə günü Parisdə baş vermiş terror hadisəsi haqqında xəbərlər də təsir göstərir.
“Parisdəki hadisələr qeyri-müəyyən vəziyyət yaratdı. Bu istiqamətdə neftin qiymətində istənilən artım yetərincə məhdud olacaq”, - deyə CMC Markets Rik Spuner-in (Ric Spooner) böyük analitiki Bloomberg agentliyinə bildirib”.
Mənbə:> Oxu.Az