Türk mediası: Manatı dəstəkləyən Mərkəzi Bank rezervlərini əridib
“Azərbaycanda ediləcək ən böyük səhv – Dollar almaqdır”.
AzNews.infoFins.az-a istinadən xəbər verir ki, Azərbaycan manatının vəziyyətinə toxunan Türkiyənin iqtisadi portallarından biri belə bir başlıqla çıxış edib.
Xəbərdə deyilir: “Qartopu kimi böyüyən devalvasiya riski Azərbaycan banklarında durğunluğu artırıb. S&P açıqlamalarına görə, dollarla ifadə olan vəsaitlər artıq 80% səviyyəsinə yüksəlib. Neftin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması fonunda Azərbaycan manatının Tacikistan somonisindən sonra ən pis performans göstərən ikinci valyuta olduğu bildirilir”.
Məlumatda Mərkəzi Bankın neft qiymətlərinin düşməsiylə əlaqədar manatı dəstəkləmək siyasəti fonunda rezervlərinin üçtə ikisini əritdiyi qeyd olunur. Bloomberg-ə istinad edən saytlar son günlərdə yenidən güclənən dollar tələbinin ardından banklarda mübadilə vəziyyətinin gərginləşdiyini bildirirlər.
Mənbə:> Fins.az