Dollara tələbatın artmasının səbəbləri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollara tələbatın artmasının səbəbləri açıqlandı

Dollara tələbatın artmasının səbəbləri açıqlandı

Valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklif AMB tərəfindən tənzimlənir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Palatadan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.

MBNP-dən qeyd edilib ki, Palata yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edir:

“Yəni, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər.

Banklar bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməz. Bu günə qədər bankların bu qaydanı pozması halları qeydə alınmayıb və bu barədə siqnal yoxdur”.

Palatadan hazırda bazarda valyutaya olan tələbatın təklifdən bir neçə dəfə çox olduğunu təsdiqləyiblər.

“Biz bunu gözləyirdik, çünki yayın bitməsi və payızın gəlməsi ilə iqtisadi aktivlik artır və bir çox şirkətlərin xaricdəki tərəfdaşlarına ödəmələrin vaxtına təsadüf edir”, - deyə MNBP-dən bildirilib.

Dolların “qara bazar”da alış-satışına gəlincə, Palatadan bildirilib ki, bu, qeyri-qanuni fəaliyyətdir və bununla hüquq mühafizə orqanları mübarizə aparır:

“Bizdə bu barədə məlumat olduqda biz hüquq mühafizə orqanları ilə paylaşırıq və onlar lazımi tədbirləri görürlər. Palata hüquq-mühafizə orqanı deyil.

Biz yalnız lisenziya verdiyimiz qurumlara nəzarət edirik və bizim nəzarət etdiyimiz strukturlarda qanunun pozulması faktları qeydə alınmayıb və bu barədə siqnallar yoxdur. Biz buna ciddi nəzarət edirik və bunun üçün bizim öz nəzarət mexanizmlərimiz var”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *