“The Economist”: Bakı yaşamağa yararlı on şəhərdən biridir
Britaniyanın nüfüzlu jurnalı “The Economist” Bakını yaşamaq üçün yararlı olan, ən aktiv şəkildə inkişaf edən “Top-10” şəhərlərin siyahısına salıb.
AzNews.info-nun məlumatına görə, Fins.az-ın “Global Liveability Ranking-2016”-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın paytaxtı insanların yaşaması və infrastrukturun inkişafı baxımından doqquzuncu yeri tutub (reytinqdə 5 il ərzində +1,6%), bununla da “Top-10”-luğu bağlayan Honolulu şəhərini (Havay, ABŞ) qabaqlayıb.
Dünyanın həyat üçün yararlılıq naminə ən dinamik inkişaf edən şəhəri isə İranın paytaxtı Tehran seçilib (5 il ərzində + 5%).
Düzdü, həm Bakı (103-cü yer, 140 şəhər arasında), həm Tehranın (126) bu “Top-10”-luğun başında duran Melburna çatmağına hələ çox var. Amma misal üçün Moskva beş il ərzində göstəricidə 5,6%, Kiyev 25,1% geriləyib və hər iki şəhər həyat üçün yararlığın ən sürətli pisləşdiyi siyahıya daxil olublar.
Jurnal öz indekslərini 30 kəmiyyət və keyfiyyət faktorları və beş əsas kateqoriya üzrə seçir: stabillik, tibb, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktura.
Mənbə:> Fins.az