Bakı dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri siyahısında » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bakı dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri siyahısında

Bakı dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri siyahısında


Ən yüksək həyat keyfiyyətinin olduğu şəhərlərin dünya reytinqində Bakı 103-cü yeri tutub.

Şəhərlər bir neçə parametr üzrə qiymətləndiriliblər.

Oxu.Az xəbər verir ki, reytinq Economist Intelligence Unit (EIU) tədqiqat şirkətinin əməkdaşları tərəfindən bir neçə göstərici əsasında tərtib olunub.

Bunlar – sabitlik, səhiyyə sistemi, mədəniyyət və ətraf mühit, təhsil və infrastrukturdur.

Bu göstəricilər üzrə orta rəqəmlər şəhərin cədvəldə yerini müəyyənləşdirib. Ümumilikdə siyahıya 140 şəhər daxil olub.

Beynəlxalq ekspertlər Bakının sabitliyini 65 bal, səhiyyə - 66,7 bal, mədəniyyət və ətraf mühit – 60,9 bal, təhsil – 75 bal, infrastrukturun inkişafı – 50 bal qiymətləndiriblər. Ümumilikdə Bakı 62,3 bal alıb.

Reytinqə isə ümumilikdə 97,5 bal qazanmış Avstraliyanın paytaxtı Melburn başçılıq edir. İlk beşliyə həmçinin Avstriyanın paytaxtı Vyana (97,4), Kanadanın Vankuver (97,3) və Toronto (97,2) şəhərləri və Avstraliyanın Adeliadası (96,6) daxil olublar.

Onu da qeyd edək ki, Cənubi Qafqaz şəhərlərindən reytinqdə yalnız Bakı təmsil olunur, yəni Gürcüstan və Ermənistanın paytaxtları Tbilisi və İrəvan siyahıda yer almayıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *