Maliyyə Palatasından banklara sərt » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Maliyyə Palatasından banklara sərt

Maliyyə Palatasından banklara sərt


Banklar maliyyə hesabatlarını təhrif edir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının bank rəhbərləri ilə görüşü keçirilib.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, görüşdə bankların maliyyə hesabatlılığı geniş müzakirə olunub.

Banklara ciddi şəkildə tapşırılıb ki, hər bir bank bütün göstəriciləri vaxtında və düzgün şəkildə Palataya təqdim etməlidir. Həmçinin banklar saytlarında mütəmadi olaraq problemli kreditlər daxil bütün maliyyə hesabatlarını vaxtında açıqlamalıdırlar.

Palata “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyalarının ləğv edilməsinin səbəblərindən biri kimi “təhrif edilmiş hesabatları təqdim etdiklərini” göstərib.

Görüşdə qeyd olunub ki, əhali pulunu əmanət etdiyi bankın maliyyə vəziyyətini bilmək istəyir:

“Bir sıra banklar devalvasiyalardan sonra öz maliyyə göstəricilərini ictimaiyyətə açıqlamırlar. Bu vəziyyət medianın işini çətinləşdirməklə yanaşı, əhalidə də şübhə yaradır.

Bir sıra KİV maliyyə göstəricilərini açıqlamayan bankları “qeyri-şəffaf bank” adlandırır, bu da banklarda əmanəti olan əhalidə narahatçılıq doğurur. Banklar isə maliyyə hesabatlarını KİV-lərin azalan göstəricilərini kəskin şəkildə təqdim etdiklərinə görə açıqlamadıqlarını bildirirlər.

Belə banklar iddia edirlər ki, saytlar bank haqqında mənfi xəbər yazdıqdan sonra əmanətçilər pullarını geri götürürlər. Çıxış yolu medianın peşəkarlıq səviyyəsinin artırılması, əhalinin maarifləndirilməsi ola bilər. Bu məsələdə daha çox məsafə qət edilməli, biznesin dalğalı yol getdiyini qəbul edərək azalan göstəricilərə də dözümlülük nümayiş etdirmək lazımdır. Maliyyə sektoru bazara uzunmüddətli baxaraq şəffaflığı üstün tutmalıdır”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *