Dollar, rubl və lari bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 12-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 11-i ilə müqayisədə 0,25% artaraq 1,6102 manat təşkil edib.
Qonşu ölkə Gürcüstanın milli valyutası olan lari isə manata nisbətdə 0,49% bahalaşaraq 0,6844 manatdan 0,6878 manata qalxıb.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% bahalaşaraq 0,0250 manata yüksəlib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli