Rubl manata nisbətən cüzi bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 10-a olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi avqustun 9-u ilə müqayisədə 0,22% artaraq 1,6040 manat təşkil edib.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə manata qarşı 0,4% bahalaşıb. Belə ki, rubl 0,0247 manatdan 0,0248 manata qalxıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli