Banklarda manatla əmanətlər artıb
Əhali xarici valyutada olan əmanətlərini faiz dərəcəsi daha yüksək olan milli valyutaya dəyişir.
2016-cı ilin birinci yarısında əhalinin xarici valyutada bank əmanətləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,8% - 6 mlrd. 298,5 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 80,5% azalıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
AMB-nin məlumatına görə, birinci yarımillikdə əhalinin milli valyutada əmanətlərinin həcmi 6,8% - 1 mlrd. 517,1 mln. manatadək və ya bütün əmanətlərin 19,5% artıb.
1 iyul 2016-cı il tarixinə AMB-nin məlumatına görə, rezidentlərin bank əmanətləri 6 mlrd. 792,5 mln. manat, qeyri-rezidentlərin - 1 mlrd. 23,1 mln. manat təşkil edib. Bununla belə, 2016-cı ilin birinci yarısında rezidentlərin əmanətləri 17,6%, qeyri-rezidentlərin - 17,1% azalıb.
Bütövlükdə, 1 iyul 2016-cı il tarixinə Azərbaycanda banklarda əmanət və depozitlərin həcmi 23 mlrd. 366,8 mln. manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 0,3% azdır. Bununla belə, iyunda banklarda əmanət və depoazitlərin həcmi 218,7 mln. manat və 2,6% artıb.
Mənbə:> Oxu.az