Bankomatların sayı artıb
Bankomatların 54,98%-i Bakıda, 45,02%-i regionlarda yerləşir.
Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 19 ədəd (+0,74%) artaraq, ilin əvvəlindən isə 102 ədəd (-3,79%) azalaraq cari il iyulun 1-nə 2 592 ATM təşkil edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bankomatların 1 425 ədədi və ya 54,98%-i Bakıda, 1 167-i və ya 45,02%-i regionlarda yerləşir. İyun ayında paytaxtda 4 bankomat, regionda 15 yeni bankomat quraşdırılıb.
İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 5,13% və ya 77 ədəd, regionlarda 25 ədəd və ya 2,1% azalıb.
Hesabata əsasən, cari il iyulun 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.
Mənbə:> Oxu.az