Bakıda POS-terminalların sayı artır
2015-ci ilin mayın 1-nə olan məlumata görə, bir ayda Bakıda cəmi 3 bankomat quraşdırılıb.
Oxu.Az-a bu barədə Azərbaycan Mərkəzi Bankından(AMB) bildirilib.
AMB bildirir ki, aprelin 1-nə Bakı şəhəri üzrə cəmi 1 481 bankomat quraşdırılıb, mayın 1-nə olan məlumatda isə bu göstərici 1 484 ədəd olaraq qeydə alınıb.
Xatırladaq ki, ölkə üzrə cəmi 2 642 bankomat quraşdırıb.
POS terminalların sayında isə artımlar qeydə alınıb:
“Belə ki, 2015-ci ilin yanvarın 1-dən mayın 1-nə qədər 5 026 ədəd bankomat quraşdırılaraq 6,8% -lik artım yaranıb.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Oxu.Az-a bildirmişdi ki, bankomatlar qarşısında olan növbələrin sayını bankomatların sayını artırmaqla nail olmaq olmaz.
“Plastik kartlardan və bankomatdan təyinatına uyğun istifadə edildikdə və ya plastik kartlardan daha çox nağdsız ödəniş vasitəsi kimi istifadə etdikdə bu halda, bankomatlar qarşısında olan növbələrin də sayı azalacaq”-deyə, sədr bildirmişdi.
Bundan əlavə, qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar Vergilər Nazirliyi Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırmışdı.
Nazirliyin son məlumatında qeyd olunmuşdu ki, Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib.
“Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatib ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür”-deyə, nazirlikdən bildirilmişdi.
Beləliklə, ölkədə POS-terminalların sayının artması Bakıda keçirilən Avropa Oyunları ilə birbaşa bağlıdır.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli