“SOCAR Trading”in rəhbərindən neftin qiyməti ilə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“SOCAR Trading”in rəhbərindən neftin qiyməti ilə bağlı

“SOCAR Trading”in rəhbərindən neftin qiyməti ilə bağlı


“İranın qlobal neft bazarına qayıtması hələlik güc bölgüsünə ciddi təsir etməyib”.

Oxu.Az APA-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Trading” şirkətinin rəhbəri Arzu Əzimov “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qonşu ölkənin bazara qayıdışından qorxanlar vəziyyəti şişirdir:

“Logistik çətinliklər səbəbilə İranın Avropa bazarında payı olduqca azdır. İran hələlik “SuMed” borusuna (Bu boru vasitəsilə Yaxın Şərqdəki şirkətlər Aralıq dənizinə iri həcmdə neft ixrac edə bilir) çıxışını bərpa edə bilmir”, - deyə o bildirib.

Neftin qiymətləri ilə bağlı proqnoz verən A.Əzimov deyib ki, cari ilin sonunadək “qara qızıl”ın 1 barelinin qiymətinin 40 dollardan aşağı düşəcəyinə inanmır:

“Çünki qiymət bu həddə düşsə, ABŞ-da buruqlar bağlanacaq, beləliklə, təklif azalacaq”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *