Neftimiz yenidən ucuzlaşdı
Dünya bazarlarında neftin qiymətində müşahidə olunan ucuzlaşma “AzeriLight”a da təsir edib.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,64 dollar və ya 1,41% azalaraq 45,31 dollar təşkil edib.
Qeyd edək ki, dünən “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,25 dollar və ya 0,54% ucuzlaşaraq 45,95 dollar təşkil edib.
Mənbə:> Oxu.az