Neftimiz yenidən ucuzlaşdı
Dünya bazarlarında neftin qiymətində müşahidə olunan ucuzlaşma “AzeriLight”a da təsir edib.
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti aşağı düşüb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,31 dollar ucuzlaşaraq 47,33 dollar təşkil edib.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.Az