Bağlanan banklardan biri BOKT-a çevrilir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bağlanan banklardan biri BOKT-a çevrilir

Bağlanan banklardan biri BOKT-a çevrilir


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ötən həftə ləğv etdiyi “Dekabank” ASC bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə sektorunda fəaliyyətini davam etdirməyə qərar verib.

AzNews.info-nun “Report”a istinadən məlumatına görə, bunu açıqlamasında Bankın İdarə Heyətinin sədri İsmayıl Əliyev deyib.

Onun sözlərinə görə, artıq bu məsələ “Dekabank”ın səhmdarları ilə MBNP arasında razılaşdırılıb:

“Hazırda Bankın ləğv edilməsi ilə bağlı işlər gedir. Məhkəmə qərarı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Dekabank”ın ləğvedicisi təyin edilib. Bu işlər başa çatandan, öhdəliklər yerinə yetiriləndən sonra BOKT kimi fəaliyyət göstərəcəyik”.

Qeyd edək ki, “Dekabank” 1992-ci ildən fəaliyyət göstərib. Onun nizamnamə kapitalı 52 milyon 767 min manat olub. Bu məbləğ hər birinin nominal qiyməti 1100 manat olan 47970 səhm əsasında formalaşıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *