Regionlarda bankların sayı azalacaq
MBNP-ın Direktorlar Şurasının qərarı ilə 4 bankın lisenziyasının ləğvi ilə 46 rayon filialının da fəaliyyəti dayanacaq.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən, “Dekabank” , “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyasının ləğv olunması ilə rayonlarda da bu maliyyə qurumlarına aid filialların işi dayanacaq.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bağlanan bankların ümumilikdə 97 filial və şöbəsi var. Onlardan 51-i paytaxda yerləşir.
“Zaminbank”ın 39 filialı və 16 şöbəsi var. Filiallardan 20-si, şöbələrdən isə 8-i Bakıda yerləşir.
“Kredobank”ın 17 filial və şöbəsi var idi. Bunlardan 8-i paytaxtın payına düşür.
“DekaBankın”ın 8 filialından 6-sı Bakıda, yerdə qalan 2-si isə Bərdə və Sumqayıt şəhərlərində yerləşir.
“Parabank”ın 17 filialından 9-u Bakının, 8-i isə regionların payına düşür.
Mənbə:> Oxu.az