Xarici ticarət dövriyyəsi azaldı
2016-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7 milyard 868 milyon 693 min dollar təşkil edib.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 28,05% azalıb.
İdxal əməliyyatlarının həcmi illik müqayisədə 13,98% azalaraq 4 milyard 47 milyon 231 min dollar, ixrac əməliyyatlarının həcmi isə illik müqayisədə 38,67% azalaraq 3 milyard 821 milyon 461 min dollar təşkil edib.
Cari ilin birinci yarısında ölkədən 2060 adda məhsul ixrac edilib, idxal olunan mal çeşidi isə 6520 ədəd olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli