Bakıdan Türkiyənin bir sıra şəhərlərinə yeni avtobus reysləri açılır
“Bakı Beynəlxalq Avtovağzalı” və “Metro” turizm şirkəti arasında aparılan danışıqlara əsasən, 20 iyuldan etibarən “Bakı-Samandra-Antalya”, Bakı-Samandra-Alanya” , “Bakı-Samandra-Bodrum”, “Bakı-Samandra-İzmir”, Bakı-Samandra-Kuşadası” istiqamətində reyslər həyata keçiriləcək.
Bu barədə Oxu.Az-a “Bakı Beynəlxalq Avtovağzal”ından bildirilib.
Şəhərin məsafəsindən asılı olaraq, səfər saatı 30-40 saat arasında dəyişəcək.
Biletin qiyməti 120 manat təşkil edəcək. Biletə baqaj daxildir. Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.
Mənbə:> Oxu.Az