Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə verilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə verilir

Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə verilir

İyulun 1-dən Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə veriləcək.

Bu barədə Oxu.Az-a Bakı Beynəlxalq Avtovağzalından məlumat verilib.

Məlumatda bildilir ki, artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.

Belə ki, növbəti aydan Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcək. Avtobus reysləri Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən baş tutacaq.

Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək. Biletin qiyməti 130 AZN təşkil edir.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Hökuməti arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *