Əhalinin kreditlərinin 8,3%-i problemlidir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Əhalinin kreditlərinin 8,3%-i problemlidir

Əhalinin kreditlərinin 8,3%-i problemlidir

Ölkə banklarından kredit alanlar kəskin azalıb.

Oxu.Az-a Mərkəzi Bankdan verilən məlumata görə, kredit portfeli ötən ilin iyun ayının 1-i ilə müqayisədə 11,1% azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3%-i təşkil edib.

2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib, onun 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7 milyard 566 milyon manat təşkil edib.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,55 manata), 1 avroya – 1,70 manata (1,73), 100 Rusiya rubluna – 2,32 manata (2,21) bərabər olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *