Azərbaycan iqtisadiyyatı azalıb
Bu ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub.
Əlavə dəyərin 38,5%-i sənayedə, 11,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,1%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,3%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2809,7 manata bərabər olub.
Mənbə:> Oxu.Az