Azərbaycanın ÜDM istehsalının həcmi açıqlandı
Cari ilin ilk ayında ölkədə 4 milyard 11,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib, onun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manat və ya 264,5 ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
Məlumata görə, bu dövrdə ümumi daxili məhsulun 37,3%-i sənayedə, 10,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2%-i informasiya və rabitə, 20%-i isə digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,7 %-ni təşkil edib.
Bundan başqa, komitədən qeyd edilib ki
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli