ÜDM istehsalı artdı
2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3% çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
“Əlavə dəyərin 33,8%-i sənayedə, 13,8%-i tikintidə, 9,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 2,6%-i turistlərin yerləsdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 18,9%-i isə digər sahələrdə istehsal edilib”, - deyə DSK –dan qeyd edilib.
Komitədən həmçinin bildirilib ki, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-ni təskil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə duşən həcmi 2,1% artaraq 4825,3 manata bərabər olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli