Xaricə çıxarılan valyuta daxil olandan çox olub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Xaricə çıxarılan valyuta daxil olandan çox olub

Xaricə çıxarılan valyuta daxil olandan çox olub

2016-cı ilin ilk rübü üzrə Azərbaycanın tədiyə balansının ümumi saldosu (kəsiri) mənfi 1 milyard 270,8 milyon dollar təşkil edib. Bu, ölkədən çıxan pulun daxil olan puldan çox olduğu deməkdir.

2015-ci ilin ilk rübündə Azərbaycanın tədiyə balansının kəsiri 4 milyard 590,6 milyon dollar idi. Ötən ilin anoloji dövrü ilə müqayisədə tədiyyə balansının kəsiri 3,6 dəfə azalıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Marja” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2016-cı ilin yanvar-mart aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub.

Neft-qaz sektoru üzrə ümumi daxilolmalar, əsasən, neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır.

Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.

2016-cı ilin yanvar-mart aylarında tədiyyə balansında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 1 milyard 2 milyon dollar olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *