Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi

Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi


Dünya Bankı Azərbaycan iqtisadiyyatına dair proqnozlarını aşağı saldı. Bank 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağını gözləyir.

AzNews.info “Marja”ya istinadən xəbər verir ki, bu barədə, Dünya Bankının “Qlobal İqtisadi Gözləntilər Hesabatı”nın (GEP) İyun 2016 sayında bildirilir.

Qeyd edək ki, hesabatın yanvar ayı sayında, Dünya Bankı, Azərbaycan iqtisadiyyatının 0,8% artacağını təxmin edirdi.

Son hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə 0,7%, 2018-ci ildə isə 1,3% artacaqdır. Əvvəlki hesabatda Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 1,2%, 2018-ci ildə isə 2,7% artacağı proqnozlaşdırılmışdı.

Hesabat ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, Aprelin əvvəlində Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko bildirmişdi ki, Dünya Bankı Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozunu dəyişə bilər.

“Hal-hazırda 2016-cı il üçün Azərbaycanla bağlı iqtisadi inkişaf proqnozunun 0,8% olmasına baxmayaraq, bu rəqəm dəyişə bilər.

Bank sektorundakı aparılan konsolidasiya və neft qiymətlərinin aşağı düşəcəyi ilə bağlı gözləntilər ölkə üzrə iqtisadi proqnoza əhəmiyyətli dərəcədə təsir edən əsas amillərdir”.

Dünya Bankı Azərbaycan üzrə proqnozları pisləşdirdi

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *