Azərbaycanın gömrükçüləri MDB üzrə həmkarlarından daha çox qazanırlar
Bu gün Azərbaycan gömrükçülərinin aldıqları maaş MDB ölkələrinin gömrük əməkdaşlarının aldıqları məvacib ilə müqayisədə nəinki aşağı, hətta deyərdim daha yüksəkdir. Azərbaycan bu sahədə qabaqcıl bir ölkədir.
AzNews.info xəbər verir ki, bu sözləri ANS TV-nin “Hesabat” verilişinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
O, həmçinin əlavə edib ki, gömrük sahəsində həyata keçirilən islahatlardan həm sahibkarlar, həm də dövlət qazanclı çıxıb:
“Gömrük sahəsində aparılan islahatlardan həm sahibkarlar, həm də dövlət qazanclı çıxıb. Çünki ölkədən mal aparanlar heç bir maneə ilə rastlaşmırlar, hər şey şəffafdır.
Onlar qanun çərçivəsində öz fəaliyyətləri ilə məşğul ola bilirlər. Bundan dövlət də qazanıb. Belə ki, cari ilin 5 ayın proqnozu nəzərdə tutulduğundan 20% artıq yerinə yetirilib”.
Mənbə:> ANSPRESS