OPEK üzvləri yeni baş katib seçdi
Nigeriya Dövlət Neft Şirkətinin (Nigerian National Petroleum Corporation, NNPC) sabiq rəhbəri Muhammed Barkindo 2016-cı ilin avqust ayının 1-dən OPEK-in baş katibi olacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın informasiya xidmətinin rəhbəri Həsən Hafid bildirib.
“Konfrans Nigeriyadan olan Barkindonu 2016-cı ilin avqust ayının 1-dən təşkilatın baş katibi təyin etmək qərarına gəlib”, - o, jurnalistlərə deyib.
Barkindo, bu postu 2007-ci ildən tutan hazırkı baş katib Abdulla Salam əl-Bədrini əvəz edəcək.
Mənbə:> Oxu.Az