Texas neftinin qiyməti psixoloji həddi ötdü
Bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 50,39 dollar olub.
Oxu.Az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Bundan başqa, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2015-ci ilin oktyabrın 12-dən etibarən ilk dəfə 50 dollarlıq psixoloji həddi keçərək bir barelə görə 50,11 dollar təşkil edib.
Qeyd edək ki, analtiklər isə bildirir ki, neftin dünya bazarında bahalaşmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının azalmasıdır.
Mənbə:> Oxu.Az