Azərbaycanın qızıl ehtiyatları 2 dəfədən çox artıb
Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınıb ki, onlardan 253 yataq, o cümlədən 18 filiz, 55 qeyri-filiz, 179 inşaat materialları yataqları və 1 yeraltı şirin su yatağı məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
“Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb”, - deyə nazir müsahibəsində qeyd edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli