İran neft hasilatını dondurmağa razılaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İran neft hasilatını dondurmağa razılaşdı

İran neft hasilatını dondurmağa razılaşdı


İranın milli neft şirkəti NİOC Tehranın neft hasilatının həcminin dondurulması üzrə plana qoşulmağa hazırlığını bəyan edib, belə ki, İran istehsalatda istədiyi səviyyəyə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

Daha öncə Tehran saksiyaların tətbiq edildiyi dövrə qədər mövcud hasilat səviyyəsini (sutkada 4 milyon barel) və müvafiq olaraq dünya bazarında öz payını bərpa etmək istədiyini bəyan etmişdi. Bu mövqe Dohada aprelin 17-də neft istehsal edən ölkələrin neft hasilatını yanvar ayı səviyyəsində dondurulması imkanının müzakirəsinə həsr edilmiş görüşündə fikir ayrılığına səbəb olmuşdu.

NİOC şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Möhsen Kamsarinin sözlərinə görə, İran artıq qarşısına məqsəd qoyduğu hasilat göstəricisinə sutkada 4,2 milyon barelə nail olduğunu bildirib.

“Müvafiq olaraq neft nazirinin (Bican Zanqane) can atdığı göstərici əldə edilib, və biz neft hasilatının dondurulması planına qoşula bilərik”, - telekanal onun İran KİV-nə açıqlamasından sitat gətirib.

Bununla yanaşı, Kamsari qeyd edib ki, məsələyə dair yekun qərarı nazir verəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *