“Bank Standard”ın taleyi ilə bağlı qərar - Üç ay vaxt verildi... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Bank Standard”ın taleyi ilə bağlı qərar - Üç ay vaxt verildi... – YENİLƏNİB

“Bank Standard”ın taleyi ilə bağlı qərar - Üç ay vaxt verildi...


Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının növbəti mətbuat konfransı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Palatanın sədri Rüfət Aslanlı konfransda çıxış edərək bildirib ki, dünən Palatanın Direktorlar Şurasının iclası keçirilib. İclasda qərara alınıb ki, bu gündən etibarən “Bank Standard” kommersiya bankında palata tərəfindən müvəqqəti inzibatçılıq təyin edilib. Məlum olub ki, son zamanlar bankda likvidlik və kapital mövqeyi zəifləyib:

“Bu məqsədlə də palata tərəfindən banka yoxlama təyin edilib. Bank yetərli resurslara malik deyil. Hazırda bankda mövcud olan kredit likvidlik təmin etmək üçün dövlət tərəfindən maliyyə ayrılıb. Maliyyə vəsaitləri artıq bankın hesabına köçürülüb. Bununla yanaşı likvid aktivlərin səfərbər edilməsi məhkəmənin qərarı ilə fiziki və hüquqi şəxslərin əmanətləri üzrə dayandırılıb. Bu müddət ərzində dövlət dəstəyinin həcmi müəyyənləşəcək. Bundan sonra ödənişlər bərpa olunacaq. Həm bankın özü, həm bankın müştərisi olan şəxslərin əmək ödənişləri üzrə məhdudiyyət olmayacaq. Əməkhaqqı ödənişlərinə artıq başlanılıb. Müvəqqəti inzibatçılıq həm də bütövlükdə bankın idarəetmə məsələlərinə rəhbərlik edir. Bankın verdiyi kreditlərin qaytarılması məsələsi də icra olunacaq. Bu nəzərdən bank müştərilərini öz öhdəliklərini lazimi şəkildə ödəməyə dəvət edirik. Müvəqqəti inzibatçılıq üç ay müddətinə təyin olunub. Bu zaman ərzində bankın sağlamlaşdırılması prosesi gedəcək”.

R. Aslanlı bankın iflas olub olmaması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, “Bank Standard” iflas olmayıb: “Sadəcə hökumət bütün səlahiyyətləri öz əlinə alıb. Banka müvəqqəti administrator təyin olunub. Hökumət ilkin olaraq 10 milyon vəsait ayırmışdı. Bizim xahişimizdən sonra daha 5 milyon vəsait ayrıldı. Bunun hesabına da əmək ödənişləri həyata keçiriləcək. Əmanətlər üzrə faiz dərəcələrinə bir aylıq moratorium tətbiq olunub. Faiz dərəcələrinin hesablanması dayanmır. Sadəcə olaraq müştərilərin əmanətləri üzrə müqavilə şərtlərinə tam əməl olunur. Sadəcə ödənişlər bir ay müddətinə dayandırılıb. İyun ayının 3-dən etibarən fiziki və hüquqi şəxslərə depozitlər üzrə ödənişlər bərpa ediləcək”.

Bankın Mərkəzi Bankla birləşməsi məsələsinə gəlincə isə, sədr bildirib ki, bununla bağlı məlumatlı deyil.

***

Daha sonra Rüfət Aslanlı bank sektorunda bütün hallara hazır olduqlarını qeyd edib:

"Bu gün ölkədə fəaliyyət göstərən 37 bankın hər birinə biz preventiv rejimdə nəzarət edirik. Nəzarət sadəcə postfaktum üzləşilən məsələlərə reaksiya vermir, həmçinin müxtəlif stress testlər, situasiyanın təhlili, analizlər vasitəsilə qabaqlayıcı rejimdə olur. Bu gün üçün biz hər hansı başqa bir bankda müvəqqəti inzibatçılıq, lisenziyanın geri alınması, dayanıqsızlıq kimi bir hal proqnozlaşdırmırıq. Amma biz bütün hallara hazırıq".

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *