Bağlanan bankın borclu müştərilərinə » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Bağlanan bankın borclu müştərilərinə – XƏBƏRDARLIQ

Bağlanan bankın borclu müştərilərinə

Fevralın 10-dan bankda iflas prosesinə başlanılıb.

1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank” ASC müflis elan edilib və iflas prosesinə başlanılıb.

“M. M. M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib.

Oxu.Az xəbər verir ki, adıçəkilən MMC ləğv edilən bankın kreditorlarına müraciət edib.

Müraciətdə deyilir:

“Adıçəkilən banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək.

Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir. Kreditorlara bildirilir ki, öz tələblərini qeydiyyata alınması üçün 15 aprel 2016-cı il tarixinədək ləğvediciyə təqdim edə bilərlər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *