ABŞ: Ən yeni Boeing-lərin mühərrikində ciddi problem var » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

ABŞ: Ən yeni Boeing-lərin mühərrikində ciddi problem var

ABŞ: Ən yeni Boeing-lərin mühərrikində ciddi problem var


ABŞ Federal Aviasiya İdarəsi “Boeing 787” təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsi barədə tapşırıq verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu, ABŞ media orqanlarında yayılan Federal Aviasiya İdarəsinin bəyanatında əksini tapıb.

Bəyanatda qeyd edilib ki, əgər mühərriklər zamanında dəyişdirilməsə, uçuş zamanı problem yarana bilər. Mühərriklərdə konkret hansı çatışmazlığın olması açıqlanmayıb. Yalnız qeyd edilib ki, təyyarədəki mühərriklərin eyni anda hər ikisi dayana bilər və yenidən mühərrikləri işə salmaz mümkünsüz olacaq.

Qeyd edək ki, “Boeing 787” tipli təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, dünyanın bir çox aviaşirkətlərinin parkında yer alıb. AZAL 2014-cü il 23 və 24 dekabr tarixlərində iki "Boeing 787 Dreamliner" təyyarəsi alıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *