ABŞ-la Azərbaycan arasında aviadaşımalar liberallaşdırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

ABŞ-la Azərbaycan arasında aviadaşımalar liberallaşdırıldı

ABŞ-la Azərbaycan arasında aviadaşımalar liberallaşdırıldı

Saziş imzalanıb.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 6-da iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə “Açıq Səma Sazişi” imzalayıb.

Bu barədə AZAL-dan Oxu.Az-a bildirilib.

İkitərəfli saziş ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.

Saziş aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymətqoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur.

Bu da operatorlara sərnişin və yükdaşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ABŞ-ın Federal Aviasiya İdarəsi ölkəmizi Aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi - “A” kateqoriyasına layiq görüb. Bu da iki ölkə arasında birbaşa aviareysin işə salınmasına imkan verib.

Məlumat üçün bildirək ki, AZAL-ın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları 2014-cü ilin sentyabrın 23-dən etibarən həftədə iki dəfə müasir “Boeing-787-8” Dreamliner təyyarələri ilə yerinə yetirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *