Kapital Bank ayda 55 manat ödəməklə kredit təklif edir
Kapital Bank müştərilərə ayda cəmi 55 manat ödəməklə, 1000 manat nağd pul krediti təklif etməkdə davam edir. Kreditin müddəti 24 ayadək rəsmiləşdirilə bilər.
Qeyd edək ki, kredit maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil olunur. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Mənbə:> Oxu.az